📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Flora Kərimovadan Afətlə bağlı paylaşım: - "...acizliyin göstəricisidir"

2022-04-05 14:50:00

Flora Kərimovadan Afətlə bağlı paylaşım: -

Xalq artisti Flora Kərimova məhkəməyə verdiyi müğənni Afət Fərmanqızı barədə paylaşım edib.

Hurriyyet.az-ın lent.az-a istinadən məlumatına görə, müğənni həmkarı barədə 30 dəqiqəyə yaxın hazırlanmış videoya bu sözləri yazıb:

“Düşünürəm, iddiası olanın SÜBUTLARA arxalanan dəlili olar. Yalanlarla silahlanmaq acizliyin göstəricisidir.

Birinci gündən məhkəməyə təqdim olunan faktları xronologiya ilə sizin mühakimənizə təqdim edirəm. Zamanınızı bir az alacaq. Faktları toplu şəkildə incələmək, qərəzli və göstərişlə yazılan rəylərə cavabımdır! Həqiqətin yanında olan hər kəsə təşəkkür edirəm. Öpürəm hər birinizi”.