📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Forbes: "Cənubi Qafqaz ölkələri arasında ən çox borc Ermənistanındır"

2024-06-01 00:27:33

Forbes:

Cənubi Qafqaz ölkələri arasında ən çox dövlət borcu Ermənistanın üzərinə düşür.

Məlumat “Forbes”in araşdırmasında yer alıb.

Qeyd olunub ki, hazırda ölkənin dövlət borcu ÜDM-in 50,5%-ni təşkil edir.

Gürcüstanın dövlət borcu isə 2023-cü ilin sonunda ÜDM-in 39,2%-ni təşkil edib.

Sonrakı yerdə ÜDM-in 28,9%-i ilə Türkiyə gəlir. Rusiyanın dövlət borcu ÜDM-in 19,7%-ni, Azərbaycanın isə ÜDM-in 18,4%-ni təşkil edir. \\KONKRET.az