📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Foreign Policy": "Hizbullah"ın 1 milyondan artıq raketi var!"

2024-06-13 12:26:48

Hurriyyet.az xəbər verir ki,  "Foreign Policy" nəşri İran İslam İnqilabı Keşikçilərinin xüsusi təyinatlı "Əl Qüds" qüvvələrindəki anonim mənbəyə istinadla son onillik ərzində "Hizbullah" şiə təşkilatının 1 milyon ədəddən artıq müxtəlif tipli raket ehtiyatı əldə edə biləcəyini və bu raketlərin İsrail üçün strateji təhdid olduğunu yazıb.
Mənbənin verdiyi məlumata görə, "Hizbullah" təşkilatının cəbbəxanasında yüksək dəqiqlikli idarəolunan raketlər, dəqiq zərbə endirən reaktiv raketlər və kamikadze dronlar var.
Jurnalın yazdığına görə, Livan ilə İsrail arasında münaqişənin irimiqyaslı müharibəyə çevrilməsi gözlənilmir. Nəşrin yazdığına görə, tərəflər dərk edirlər ki, belə toqquşmanın nəticələri dağıdıcı olacaq və Qəzza sektorunda baş verənləri kölgədə qoyacaq.
Hürr Tərcüman