📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Foreign Policy": İsrailin İran rəsmilərinə sui-qəsd əməliyyatları "səmərəli" olub...

2022-07-01 13:16:00

"Foreign Policy" nəşri yeni hesabatında yazıb ki, İsrailin İran dövlət rəsmilərini hədəfə alan sui-qəsd siyasəti effektiv addımdır və onun nəticələri bu strategiyanın mənfi nəticələrindən daha çoxdur.
Məlumata görə, Qərblə İran arasında diplomatik yolların uğursuzluğuna nəzər yetirsək, İsrailin İran rəsmilərinə qarşı məqsədyönlü terror aktlarının daha da artacağını ehtimal etmək olar.
Hesabatda SEPAH-ın 7 zabitinə, o cümlədən may və iyun aylarında iki polkovnikə qarşı törədilən sui-qəsdlərə toxunularaq, bu əməliyyatların İsrailin üzün illər istifadə etdiyi ən mühüm vasitələrindən biri olduğu vurğulanıb.
Məlumatda sonda qeyd edilib ki, İsrail bu terror əməliyyatları ilə İran dövlət rəsmilərini əməlli-başlı qorxuya salıb.

Ülviyyə, Hurriyyet.az