📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Foreign Policy”dən İDDİA: Türkiyədən Ukraynaya ABŞ istehsalı bombalar göndərilib

2023-01-11 10:48:00

“Foreign Policy”dən İDDİA: Türkiyədən Ukraynaya ABŞ istehsalı bombalar göndərilib

“Foreign Policy” ziddiyyətli məlumatın paylaşıldığı məqalə dərc edib. Belə ki, yazıda Türkiyənin ötən ilin sonundan Ukraynaya ABŞ istehsalı kasset bombaları göndərdiyi iddia olunur.
Söhbət Soyuq Müharibə dövründə amerikalılarla birlikdə istehsal olunan ikili təyinatlı sursatlardan (DPICM) gedir. ABŞ-ın özündə DPICM-in ixracı qüsurların yüksək faizinə görə qanunla qadağandır.
Silah, dərhal partlamasa da, illərlə döyüş meydanında qala bilən, kiçik sursatlara çevrilərək partlamaqla tankları məhv etmək üçün nəzərdə tutulub. Hər mərmi təxminən 88 bomba səpələyir.
Nə Türkiyənin Vaşinqtondakı səfirliyi, nə də Ukrayna Müdafiə Nazirliyi "Foreign Policy"nin iddiasını cavablandırmayıb.

Ülviyyə, Hurriyyet.az