📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Formula”ya görə Bakıda bu yollar bağlanır

2024-08-20 17:03:17

“Formula”ya görə Bakıda bu yollar bağlanır

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədi ilə Bakı şəhərində bəzi yollardan istifadə məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, avqustun 20-də, saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın istifadəsinə bağlı olacaq.

Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 13-15-də keçiriləcək.