📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Frankfurt-Astana təyyarəsi əlverişsiz hava səbəbindən Bakı hava limanına enib

2022-10-22 22:37:00

Frankfurt-Astana təyyarəsi əlverişsiz hava səbəbindən Bakı hava limanına enib

"Lufthansa" aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib.

Bu barədə Hurriyyet.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub.

"Airbus A330" təyyarəsi yerli vaxtı ilə saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.