📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Yeni Kaledoniya koloniyasında komendant saatını iyulun 8-dək uzadıb

2024-06-28 20:00:57

Fransa  Yeni Kaledoniya koloniyasında komendant saatını  iyulun 8-dək uzadıb

Yeni Kaledoniyada yerli kanakları seçkilərdə neytrallaşdırmaq üçün nəzərdə tutulan konstitusiya islahatına qarşı çıxan müstəqillik tərəfdarlarını həbs etdikdən sonra Fransa administrasiyası adanın sakinlərinə qarşı əlavə məhdudlaşdırıcı tədbirlər görüb.

Yeni Kaledoniya Ali Komissiyasının yaydığı açıqlamaya görə, saat 20.00-06.00 arasında qüvvədə olan komendant saatı iyulun 8-dək uzadılıb.

Fransada seçicilər erkən ümumi seçkinin ilk turu üçün iyunun 30-da sandıq başına getməyə hazırlaşarkən, administrasiya Yeni Kaledoniyada 29 iyun saat 06:00-dan 30 iyun saat 20:00-a qədər nümayişləri qadağan etdi.

Digər tərəfdən, Fransa hökumətinin Yeni Kaledoniyanın yerli xalqı olan Kanakları azlıq halına gətirəcək konstitusiya islahatı təşəbbüsünə qarşı adada müstəqillik tərəfdarlarının başlatdığı hadisələr çərçivəsində nəzarətə alınanların sayı 1520-yə yüksəldi.

Yeni Kaledoniyada Fransa hökumətinin konstitusiya islahatları təşəbbüsünə qarşı çıxan müstəqillik tərəfdarları mayın 13-də hərəkətə keçib.

Fransa hökuməti Yeni Kaledoniya xalqı olan Kanakların qanuni tələblərini güc tətbiq edərək yatırtmaq üçün bölgəyə çoxlu sayda polis və jandarm göndərərək fövqəladə vəziyyət elan edib.

Adada baş verən hadisələrdə 2-si jandarma olmaqla 9 nəfər həyatını itirib.

Fransa prezidenti Emmanuel Makron 30 iyun və 7 iyulda Fransada keçiriləcək növbədənkənar ümumi seçkilər öncəsi konstitusiya islahatları təşəbbüsünü dayandırdığını açıqlayıb.

Aralarında Kanak lideri Kristian Teynin də olduğu 7 müstəqillik tərəfdarı saxlanılmaq üçün 17 mil kilometr uzaqlıqdakı Fransaya göndərildikdən sonra adada zorakılıq baş verib, polis bölməsi də daxil olmaqla bəzi bina və avtomobillər yandırılıb.

Yeni Kaledoniyada məskunlaşan fransız seçicilərin sayını artıracaq və yerli kanakları azlıq edəcək konstitusiya islahatının qüvvəyə minməsi üçün Fransa parlamentinin hər iki palatasının toplaşdığı konqresdə qəbul edilməlidir.