Fransa 11 kürd PKK terrorçusunu mühakimə edir
2023-04-05 12:53:00
Fransada 11 kürd PKK terrorçusunun məhkəməsinə start verilib. Belə ki, dünən Fransada PKK-nın 11 üzvü terroru təbliğ etmək və maliyyələşdirmək, həmçinin Fransanın cənub-şərqində kürd diasporu arasında gəncləri cəlb etmək ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Bu barədə Fransanın "CNews" xəbər sayıt məlumat verir.
Müttəhimlər kürd əsilli Türkiyə vətəndaşlarıdır. İstintaq Marseldə bazası olan və PKK-nı maliyyələşdirmək üçün “vergi” toplayan regional şəbəkəni üzə çıxarıb.
Müstəntiqlər qeyd edirlər ki, Fransa, Almaniya və Hollandiyadakı yeraltı PKK hücrələri 1 milyondan çox insandan ibarət kürd diasporasının “səfərbərliyi” üzərində iş aparırlar.
Ülviyyə, Hurriyyet.az