📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Afrikada bir addım da geri çəkildi

2023-12-22 08:08:23

Fransa Afrikada bir addım da geri çəkildi

Fransanın Nigerdəki səfirliyi bağlanır

Hurriyyet.az xəbər verir ki, Fransa Nigerdəki səfirliyini bağlamaq niyyətindədir. Bu barədə məlumatı AFP agentliyi diplomatik mənbələrə istinadla verib.

Agentliyin mənbədən gətirdiyi sitatda deyilir: “Mövcud vəziyyəti diqqətə alaraq yaxın zamanda səfirliyimizi bağlamağı qərara aldıq”. Səfirlik artıq nümayəndəlikdə işləmiş yerli sakinləri işdən çıxarıb və onlara kompensasiya ödəyir. Açıqlamada “diplomatik missiyanın daha normal fəaliyyət göstərə bilmədiyi” qeyd olunur.

Fransanın Nigerdəki səfiri Silven İtte sentyabrın 27-də ölkə paytaxtını tərk edib.

Hürr Tərcüman