📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fransa Almaniyanın "bostanına" girir" - FUAD ÇIRAQOV

2023-11-03 13:54:46

"Fransanın indiyə qədər verilən hoqqalar nə idi, nəyə lazım idi?"

"Fransa prezidenti Emmanuel Makron Mərkəzi Asiyanın türk ölkələrinə tur atıb, enerji, uran və digər istiqamətlərlə bağlı böyük investisiya layihələrinin anonsunu verdilər. Makron sayağı səmimi qucaqlaşmalar və pozlar. Mərkəzi Asiya daha çox Almaniyanın "kurasiyasında", Qafqaz isə Fransada idi". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov bildirib.

Politoloq hesab edir ki, Fransa sanki bir qədər Almaniyanın "bostanına" girir: "Özləri bilər, konstruktiv rəqabət çox gözəldir, bundan ancaq qazanmaq olar. Almaniyanın xarici işlər naziri də Bakıya gəlir. İndi Fransaya demək lazımdı ki, əgər elan edilən layihələr reallaşarsa həmin regiona hardan çıxacaqsınız? Bəs, bilmirdiniz ki, işiniz düşəcək? İndiyə qədər verilən hoqqalar nə idi, nəyə lazım idi? Fransaya həddindən çox ümid edən erməni politoloqlarının Özbəkistan prezidenti ilə Makronun qucaqlaşmasına verəcəkləri şərhləri gözləyirəm".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az