📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Azərbaycan-Ermənistan sərhədində müşahidəçilər yerləşdirmək eşqinə düşüb

2022-09-30 11:26:00

Fransa Azərbaycan-Ermənistan sərhədində müşahidəçilər yerləşdirmək eşqinə düşüb

Hurriyyet.az “Vestnik Kavkaza”  portalına istinadla xəbər verir ki, Fransa Azərbaycanla Ermənistanın sərhədində müşahidəçilər yerləşdirmək eşqinə düşüb.

Fransanın Ermənistandakı səfiri Ann Luyo rəsmi Parisin Azərbaycanla Ermənistan sərhədinə beynəlxalq müşahidəçilər yerləşdirilməsi ideyasının tərəfdarı olduğu bəyan edib.

Ann Luyo bu istiqamətdə işlərin artıq aparıldığını, Fransa ilə ABŞ-ın bu məsələ istiqamətdində fəal çalışdığını qeyd edib. Ann Luyo deyib: “Biz bu ideyanı dəstəkləyirik, bu istiqamətdə çalışırıq, başqa ölkələrlə danışıqlar aparırıq”.

Hürr Tərcüman