📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Azərbaycana xanım səfir təyin etdi - Foto

2022-11-10 13:24:00

Fransa Azərbaycana xanım səfir təyin etdi - Foto

Fransa Azərbaycana yeni səfir təyin edib.

Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb.

Bildirilib ki, Anne Boillon bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək.

O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.

Qeyd edək ki, A.Boillon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib.