📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Azərbaycanla sərhədə jandarmlar göndərəcəyini rəsmən bəyan etdi

2023-02-08 17:48:00

Fransa Azərbaycanla sərhədə jandarmlar göndərəcəyini rəsmən bəyan  etdi

Fransa Azərbaycanla sərhədə jandarmlar göndərəcəyini rəsmən bəyan edib. Avropa Parlamentinin deputatı Natali Luazo bu barədə açıqlama verib.

“Fransa Azərbaycan və Ermənistan sərhədində yerləşdiriləcək Aİ missiyasının tərkib hissəsi qismində jandarmlar göndərəcək”, deyə Luazo bildirib. Avropa Parlamentinin deputatının sözlərinə görə, o, Azərbaycanın "missiya ilə əməkdaşlıq edəcəyinə" ümid edir.
Luazo hesab edir ki, Avropa İttifaqı “özünü münaqişədən çox uzun müddət uzaqlaşdırıb. İndi Aİ və ATƏT daha çox iş görməlidir”.

Ülviyyə, Hurriyyet.az