📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa böyük faciədən döndü

2024-05-31 19:44:05

Fransa böyük faciədən döndü

Fransa hakimiyyəti Sent-Etyendə (ölkənin şərqindəki Luara departamenti) Olimpiya Oyunları çərçivəsində keçirilməli olan futbol matçı zamanı terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə BFMTV kanalı məlumat yayıb.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 22-də keçirilən əməliyyat zamanı Sent-Etyen şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən 18 yaşlı çeçen əsilli Rusiya vətəndaşı saxlanılıb. \\Axar.Az