Fransa Britaniyaya qarşı sanksiyalar tətbiq edəcək
2021-10-29 13:53:00
Hurriyyet.az xəbər verir ki, Fransa dövləti Britaniyanın geri addım atmayacağı təqdirdə müəyyən sanksiyalar tətbiq edəcəyi barəsində açıqlama verib. Sanksiyaların 2 noyabrdan etibarən qüvvəyə minməsi planlaşdırılır.
İki ölkə arasında gərginlik London hakimiyyətinin Avropa İttifaqından çıxmaq qərarından sonra başlayıb.
İngiltərənin Cersi adasının rəhbərliyi adanın sahil sularında ov etmək istəyən 64 Fransa balıqçı qayığına lisenziya versə də, qalan 75 qayığa lisenziya verməməyi qərara alıb.
Hürr Tərcüman