📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa çempionatında maraqlı yenilik

2023-11-25 22:34:28

Fransa çempionatında maraqlı yenilik

Fransa Liqa-1-də yenilik tətbiq edilib.

Hər tur bombardirlik yarışında lider oyunçu yeni forma ilə oyuna çıxacaq. Formanın üzərində “Top scorer” (ən yaxşı bombardir) sözləri yazılan qızılı loqo olacaq. 

İlk forma dünən “Monako”ya qarşı 13-cü turun matçından əvvəl PSJ-nin hücumçusu Kilian Mbappeyə təqdim olunub. Görüş 5:2 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Mbappe 39-cu dəqiqədə komandasının 2-ci qolunu (penaltidən) vurub. \\Offsideplus.Az