Fransa Çini Rusiyanın “başına ağıl qoymağa” çağırıb
2023-05-11 16:08:00
Fransa Çini Rusiyaya təzyiq göstərməyə və Rusiya rəhbərliyini “özünə gətirməyə” çağırıb. “The Guardian” yazır ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna hökumətin iclasında bildirib.
Ketrin Kolonna deyib ki, Çin Rusiyanı “sülhə qayıtmağa” məcbur etməlidir. Pekin Rusiya Federasiyası ilə münasibətlərindən istifadə edərək, Moskvaya çıxılmaz vəziyyətdə olduğunu başa sala və onu fikrindən daşındıra bilər. Aprel ayında Fransa prezidenti Emmanuel Makron bu səfərdən sonra qalmaqala səbəb olan Çinə səfər edərək, Avropanın Amerika siyasətini həmişə dəstəkləməməli olduğunu demişdi.
Ülviyyə, Hurriyyet.az