📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa DİN məhəllələrlə danışıqlar aparmaq istəyir – günə 1000 nəfər saxlanılır

2023-07-03 15:03:00

Fransa DİN məhəllələrlə danışıqlar aparmaq istəyir – günə 1000 nəfər saxlanılır

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Nanter məntəqəsində 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan kütləvi etirazlardan sonra Fransa polisi son üç gün ərzində 3,2 min nəfəri saxlayıb.

Bu barədə jurnalistlərə Fransanın Daxili İşlər naziri Jerald Darmanen məlumat verib: “Asayiş keşikçiləri fəallıqlarını yüksəldiblər. 3 gün ərzində 3,2 min nəfər saxlanılıb. Bu, görünməmiş rəqəmdir”.

Nazir iğtişaşlar zamanı saxlanılanların orta yaş həddinin 17 yaş olduğunu bildirərək deyib: “Tutulan 3,2 min nəfərdən 60%-i əvvəllər qanun pozuntusu etməyiblər”.

Darmanen deyib: “Məhəllələrlə danışıqmaq və eyni zamanda xuliqanlara qarşı ciddi olmaq lazımdır. İğtişaşların sosial izahı olmadığı halda bunu bir səbəb olaraq axtarmaq lazım deyil”.

Hürr Tərcüman