Fransa diplomatlarına 48 saat vaxt verildi
2024-04-18 15:45:02
Hurriyyet.az xəbər verir ki, Burkino-Fasonun Xarici İşlər Nazirliyi Fransanın 3 diplomatını arzuolunmaz şəxs elan edib və onlardan 48 saat ərzində ölkə ərazisini tərk eləməyi tələb edib. Müvafiq nota Fransanın Uaqaduqadakı səfirliyinə təqdim edilib.
Bu barədə "Frans-Press Agentliyi" məlumat verib.
Diplomatlar təxribatçı fəaliyyətdə ittiham edilirlər. Agentliyin məlumatına görə, 3 diplomatdan ikisi siyasi müşavir olub.
Hürr Tərcüman