Fransa Ermənistana 24 ədəd “Bastion” zirehli maşını göndərib, 26 ədəd də göndərəcək
2023-12-05 11:57:39
Hurriyyet.az “Qruzia onlayn” nəşrinə istinadla xəbər verir ki, Ermənistan Rusiya ilə sövdələşməsi baş tutmadıqdan sonra Fansadan silah almağa başlayıb. Fransa Ermənistana 50 ədəd “Bastion” zirehli maşını verməyi öhdəsinə götürüb (onlardan 24 ədədi artıq respublikaya gətirilib, qalanları istehsal mərhələsindədir). “Armenpress”in Fransa senatına istinadla verdiyi xəbərə görə, Fransa Ermənistana CAESAR artilleriya sistemlərinin və MİSTRAL raket komplekslərinin verilməsi məsələlərini müzakirə edəcək. Hesabatda bildirilir ki, Paris Ermənistan hakimiyyətinin “artilleriya silahlarının təminatı zərurəti ilə bağlı” tələblərinə operativ reaksiya verməlidir.
Hürr Tərcüman