Fransa Ermənistana HHM sistemləri, zenit raketləri, zirehli texnika verməyə hazırlaşır
2024-02-23 11:42:17
Hurriyyet.az xəbər verir ki, Fransanın müdafiə naziri Sebastyan Lekornyu İrəvanın ehtiyacı olacağı təqdirdə, ölkəsinin Ermənistana yaxın, orta və uzaq mənzilli Hava Hüvumundan Müdafiə (HHM) sistemləri verməyə hazır olduğunu bildirib.
Nazir İrəvanda keçirilən mətbuat konfransında deyib: "Ermənistana zenit raketləri də verməyə hazırıq.
Həmçinin "Bastion" zirehli maşınları da göndəriləcək. Məhz hansı texnikanın daxil olacağı barəsində təfərrüatlara varmıram, lakin, onların hamısı müdafiə texnikasıdır, çünki həm əhalinin, həm də sərhədlərin müdafiəsi bu regionda prioritetdir. Heç kim müdafiə qabiliyyətini gücləndirdiyinə görə Ermənistan ordusunu qınaya bilməz".
Hürr Tərcüman