Fransa Ermənistana radarlar göndərib
2024-02-22 14:35:04
Hurriyyet.az xəbər verir ki, "Le Figaro" nəşrinin yazdığına görə, "Thalès" şirkətinin 3 ədəd Ground Master (GM 200) radarı, gecəgörmə cihazları, binokllar bu gün Ermənistana çatdırılacaq. Həmin radarların sayəsində 250 km məsafədə olan təyyarələri aşkar eləmək mümkündür.
Xəbərdə qeyd edilir ki, Ermənistanla Fransa arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsində Fransa tərəfi erməni hərbçilərinə 3 aylıq dağ hərbi hazırlığı keçəcək.
Hürr Tərcüman