📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Ermənistanı silahlandırır - Saziş imzalanacaq

2023-10-22 00:33:38

Fransa Ermənistanı silahlandırır - Saziş imzalanacaq

Fransa Ermənistanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.

Hurriyyet.Az xəbər verir ki, bu açıqlama ilə Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastian Lekornu çıxış edib.

O qeyd edib ki, Paris və İrəvan oktyabrın 22-də hava hücumundan müdafiə sahəsində Fransa silahlarının tədarükü ilə bağlı sazişə imza atacaqlar.

Fransa müdafiə naziri əlavə edib ki, Fransanın Ermənistana tədarük edəcəyi sistemlər Ermənistanın təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.//Oxu.az