📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Ermənistanla hərbi əməkdaşlığa başladığını bəyan etdi

2023-04-28 16:41:00

Fransa Ermənistanla hərbi əməkdaşlığa başladığını bəyan etdi

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Fransa Ermənistandakı səfirliyində hərbi missiya təsis edib. Bu barədə açıqlamanı Fransanın Xarici İşlər naziri Katrin Kolonna verib.

Kolonna Ermənistanın “Armenpress” dövlət agentliyinə müsahibəsində deyib: “Müdafiəyə gəlincə, Fransa səfirliyi yanında hərbi missiyanın yaradılması, bu açar sahədə bizim ikitərəfli əməkdaşlığımızı dərinləşdirmək imkanı yaratmalıdır”.

Hürr Tərcüman