📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa HAMAS-a qarşı koalisiya yaratmağı təklif edib

2023-10-24 15:06:48

Fransa HAMAS-a qarşı koalisiya yaratmağı təklif edib

Fransa HAMAS-a qarşı mübarizə üçün regional və beynəlxalq koalisiya yaratmağı təklif edib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İsrailə səfəri çərçivəsində Baş nazir Benyamin Netanyahu ilə görüşü zamanı bu təkliflə çıxış edib.

Fransa Prezidenti HAMAS-ın girov götürdüyü bütün şəxslərin azad edilməsinin vacibliyini vurğulayıb.

Makron 7 oktyabrda baş verənləri dəhşətli terror aktı adlandırıb.