📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa ilə Almaniyanın xarici işlər nazirləri Donbassa səfər edəcəklər

2022-02-01 16:45:00

Fransa ilə Almaniyanın xarici işlər nazirləri Donbassa səfər edəcəklər

Hurriyyet.az “RİA Novosti” portalına istinadla xəbər verir ki, Fransa ilə Almaniyanın xarici işlər nazirləri 7-8 fevral tarixlərində Donbassa səfər edəcəklər. Bu barədə açıqlamanı Ukraynanın Xarici İşlər Nazirliyi verib.

Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian da fevralın 7-si və 8-də almaniyalı həmkarı Annalena Berbok ilə birlikdə Ukraynaya səfər edəcəklərini bəyan edib.

Ukrayna XİN-in təmsilçisi Oleq Nikolenko bu gün keçirilən brifinqdə deyib: “Almaniya ilə Fransanın xarici işlər nazirləri yeddi-səkkiz fevral tarixlərində Ukraynada olacaqlar və Donbassa da səfər edəcəklər”. Nikolenko gələn həftə Avstriya, Çexiya və Slovakiyanın xarici işlər nazirlərinin Kiyevə səfər edəcəklərini də əlavə edib.

Hürr Tərcüman