📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fransa ilə Azərbaycan arasında çəkişmə yüksələn xəttlə gedir" - RƏŞİD HACILI

2024-05-01 13:09:26

"Sonda Azərbaycan-Ermənistan barışacaq, ara yerdə itirilən Fransa-Azərbaycan əlaqələri olacaq"

"Fransa səfiri xanım Anne Boilonun Bakıya iş başına qayıtması yaxşı xəbərdir. 2 həftə öncə Paris öz səfirini məsləhətləşmək üçün çağırmışdı". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan azərbaycanlı ictimai-siyasi fəal Rəşid Hacılı bildirib.

Rəşid Hacılı təəssüf hissi ilə qeyd edib ki, Fransa ilə Azərbaycan arasında çəkişmə yüksələn xəttlə gedir: "Şübhəsiz ki, hər iki ölkə bu çəkişmədən itirir. Sonda Azərbaycan-Ermənistan barışacaq. Ara yerdə itirilən Fransa-Azərbaycan əlaqələri olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az