📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa İsa Məsihi təhqir etdi, İran belə cavab verdi – Foto

2024-08-06 16:01:40

Fransa İsa Məsihi təhqir etdi, İran belə cavab verdi – Foto

Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində İsa Məsihin təhqir edilməsinə cavab olaraq Tehran bələdiyyəsi şəhərin sıx yerində “Son şam yeməyi”ni əks etdirən böyük bir plakat yerləşdirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə İran Teleqram kanalları foto yayıb.

Xatırladaq ki, Olimpiadanın açılış mərasimində təşkilatçılar Leonardo da Vinçinin “Son şam yeməyi” əsərini LGBT icmasının nümayəndələrinin iştirakı ilə, İsa Məsihə təhqiramiz formada nümayiş etdiriblər. Bu isə ciddi etirazlar yaradıb./Axar.az/