📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa klubu heyətinə Gürcüstan millisinin üzvünü transfer edib

2024-07-18 22:21:10

Fransa klubu heyətinə Gürcüstan millisinin üzvünü transfer edib

Gürcüstan millisinin üzvü Jorj Mikautadzenin yeni klubu bəlli olub.

Hurriyyet.az xəbər verir ki, Almaiyada keçirilən Avropa çempionatında uğurlu çıxışı ilə diqqət çəkən 23 yaşlı futbolçu Fransa təmsilçisi "Lion"la anlaşıb.

O, yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

Hücumçu son olaraq Fransanın digər kollektivi "Mets"in formasını geyinib.

C.Mikautadze AVRO-2024-də meydana çıxdığı 4 matçda 3 qol vurub.