📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa klubunun yeni baş məşqçisi müəyyən olundu

2024-06-06 14:57:14

Fransa klubunun yeni baş məşqçisi müəyyən olundu

Fransa təmsilçisi "Nitsa"nın yeni baş məşqçisi müəyyənləşib.

Hürriyyət.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar"ı Frank Es çalışdıracaq.

53 yaşlı mütəxəssis bu postda Françesko Fariolini əvəzləyib.

Qeyd edək ki, "Nitsa" kollektivi Fransa Liqa 1-də 2023/2024 mövsümünü 55 xalla 5-ci sırada bitirib.