📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa naziri: Körfəz ölkələrində neft emalı güclərinin 30–40%-i sıradan çıxıb

2026-03-26 19:00:43

Fransa naziri: Körfəz ölkələrində neft emalı güclərinin 30–40%-i sıradan çıxıb

Fransanın maliyyə naziri Roland Leskur Fars körfəzi ölkələrində neft emalı güclərinin 30–40%-nin zədələndiyini və ya məhv edildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı “France 24” yayıb.

Nazirin sözlərinə görə, ABŞ və İsrailin hücumlarından sonra İranın cavab zərbələri nəticəsində Fars körfəzi ölkələrinin neft emalı güclərinin 30–40%-i sıradan çıxıb.

O qeyd edib ki, bu vəziyyət dünya neft bazarında gündəlik 11 milyon barel həcmində kəsir yaradıb.

Leskur xəbərdarlıq edib ki, zədələnmiş infrastrukturun bərpası üçün üç ilə qədər vaxt tələb oluna bilər.