📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Nigerdən qovulur – hərbi müqavilə ləğv edildi

2023-08-04 12:49:00

Fransa Nigerdən qovulur – hərbi müqavilə ləğv edildi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Nigerdə hakimiyyətə gəlmiş qiyamçılar Fransa hərbi birləşmələrinin ölkədə yerləşdirilməsi və cihadçılara qarşı mübarizədə iştirak edən hərbi personalın statusu ilə bağlı Fransa ilə hərbi razılaşmaları ləğv ediblər. Bu barədə AFP məlumat yayıb. Agentlik qiyamçılardan birinin sözlərini sitat gətirib: “Nigerdəki vəziyyətlə bağlı Fransanın səhlənkar münasibəti və reaksiyası ilə üzləşən Vətənin Xilası Milli Şurası (CNSP)  bu dövlətlə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq müqavilələrini ləğv etmək qərarına gəlir”.

“Fransa 24” telekanalı və RFI radiostansiyasının da Niger ərazisindəki fəaliyyəti dayandırılıb.

Xəbər verdiyimiz kimi, ölkədə çevriliş baş verəndən sonra Niger Fransaya uran və qızıl ixracını təcili şəkildə dayandırıb. Niger dünyada uran istehsalı üzrə dördüncü ölkədir və Fransanın elektrik enerjisinin istehsalı üçün istifadə edilən uranın əsas mənbəyidir.

2021-ci ildə Niger ümumilikdə Avropa İttifaqına idxal edilən uranın 25 faizini təmin edərək, milyonlarla evin işıqlandırılması üçün elektrik enerjisinin istehsalına yardım edib.

Fransanın “Orano” nüvə texnologiyaları şirkəti 1970-ci ildən Nigerdə uran əldə edilməsi ilə nəşğul olur. 2020-ci ildə Fransadakı reaktorda istifadə edilən uranın 35%-ə yaxını Nigerdən idxal edilib.

Çevrilişdən sonra Fransa vətəndaşları da təcili şəkildə bu ölkədən çıxarılıb.

Hürr Tərcüman