📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Parlamenti "Vaqner"i terror təşkilatı kimi tanıdı

2023-05-10 15:34:00

Fransa Parlamenti

Fransa Parlamenti Rusiyanın "Vaqner" özəl hərbi şirkətini terror təşkilatı kimi tanıyıb. 

Hurriyyet.az xəbər verir ki, bu barədə mayın 9-da parlamentdə iştirak edən 331 deputatın hamısı layihənin lehinə səs verib.

Qətnamə həmçinin Avropa İttifaqını "Vaqner"i Aİ-nin terror təşkilatları siyahısına daxil etməyə çağırır.

Aİ artıq "Vaqner"ə qarşı bir sıra sanksiyalar tətbiq edib. 2022-ci ilin aprelində Aİ özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojini Ukraynadakı müharibə ilə bağlı sanksiya tətbiq edilən şəxslər siyahısına daxil edib, bu ilin aprelində isə "Vaqner" sanksiyaya məruz qalan qruplar siyahısına əlavə edilib. 

"Vaqner"in terror təşkilatı kimi təyin olunması o deməkdir ki, şirkətlə əlaqəsi olan hər kəs terrorizm ittihamı ilə mühakimə oluna bilər.

Unikal.az