📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Polineziyasının hakim partiyasının rəhbərliyi və parlament üzvləri Azərbaycana gəlib

2024-05-30 11:48:44

Fransa Polineziyasının hakim partiyasının rəhbərliyi və parlament üzvləri Azərbaycana gəlib

Fransa Polineziyasının hakim partiyasının rəhbərliyi və parlament üzvləri Azərbaycana gəlib. Dördgünlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, o cümlədən elm, təhsil, idman, səhiyyə və s. sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdir.

Bununla bağlı Milli Məclisdə, eləcə də digər dövlət və özəl qurumlarda görüşlərin keçirilməsi nəzərdə tutulur.

Səfər çərçivəsində Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfrans təşkil olunacaq.

Fransız Polineziyası nümayəndə heyətinin səfəri 21-ci əsrdə müstəmləkəçilik və onun yeni təzahürlərinə qarşı mübarizədə fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BIG) dəvəti ilə baş tutub.

Tavini partiyası uzun illərdir ki, fransız əsarətindən qurtulmaq və Fransız Polineziyasının müstəqilliyi uğrunda mübarizə aparır.

Ülviyyə, Hurriyyet.az