📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Polşanı AB-dən çıxarmaqla hədələdi

2021-10-08 15:27:00

Fransa Polşanı AB-dən çıxarmaqla hədələdi

Polşa Konstitusiya Məhkəməsinin ölkə konstitusiyasını Avropa normalarından üstün tutması qərarı AB-yə qarşı hücumdur. 

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Fransanın dövlət katibi Kleman Bon deyib. Onun sözlərinə görə, Polşa hökuməti AB-nin dəyərləri və fundamental qaydalarına hörmət etmir.

O, Polşanın de-fakto AB-dən çıxmaq riskinin mövcud olduğunu bildirib:

“Siz öz qaydalarınızın müqavilə şərtlərindən vacib olduğunu təsdiqləyirsinizsə, demək, o zaman müqavilə də, iştirak da yoxdur. Bu, texniki yox, hüquqi, siyasi məsələdir. Avropa Komissiyası dəqiq şəkildə xəbərdarlıq edir ki, əgər Polşa AB qaydalarına əməl etməsə, təşkilat maliyyə dəstəyi təqdim etməyəcək. Heç kimi AB üzvlüyünə məcbur etmirik. İttifaqdan çıxmaq mümkündür”.