Fransa prezidentliyinə namizəd gizli şəkidə Xankəndiyə gəlib - FOTO
2021-12-23 00:27:00
Fransa prezidentliyinə namizəd, Parisin İl-de-Frans regionunun rəhbəri Valeri Pekress gizli şəkildə Xankəndinə gəlib.
Bu barədə “France Televisions”ın siyasi şərhçisi Julyen Neni tvitterdə yazıb.
“Valeri Pekress bu gün Dağlıq Qarabağı ziyarət edib. Orada yerli siyasətçilərlə görüşüb. Təhlükəsizlik səbəbindən bu səfər Ermənistanda olan Fransa KİV-ləri tərəfindən işıqlandırılmayıb”-deyə Neni yazıb.
Xatırladaq ki, Valeri Pekress Ermənistanda səfərdədir.






Redaktor.az