📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa: “Putin ilə dialoq davam etdirilməlidir”

2022-10-11 12:01:00

Fransa: “Putin ilə dialoq davam etdirilməlidir”

Hurriyyet.az xəbər verir ki, Fransa XİN-in rəhbəri Katrin Kolonna Rusiya rəhbərliyi ilə dialoqu davam etdirmək çağırışı edib və belə bir əlaqə kanalının saxlanılmamasının məsuliyyətsiz olduğunu söyləyib.

Nazir deyib: “Rusiya Prezidenti ilə dialoqu davam etdirmək vacibdir. İzolyasiya siyasət üçün ən pis variant olardı”.

Onun sözlərinə görə, belə dialoq öz effektliliyini göstərir. Nümunə olaraq o, MAQATE-nin başçısı Rafael Qrossinin Moskva ilə razılaşdırılmış şəkildə Zaporojye AES-ə səfərini göstərib.

Hürr Tərcüman