📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Qərbi Aralıq dənizində hərbi təlimlərə başladı

2021-11-18 15:33:00

Fransa Qərbi Aralıq dənizində hərbi təlimlərə başladı

Fransa 18 noyabr 2021-ci il tarixindən başlayaraq Aralıq dənizinin qərb hissəsində və ölkənin Atlantik okeanı sahilində "POLARİS 21" adlı iri miqyaslı hərbi-dəniz təlimlərinə başlayıb.

Əldə olunan məlumata görə, dekabrın 3-nə qədər davam edəcək təlimdə fransıa hərbi donanmalarının demək olar ki, yarısı qatılacaq, o cümlədən də "Şarl de Qoll" adlı atom aviadaşıyıcının başçılıq etdiyi aivazərbə qrupu, "Mistral" sinfindən olan "Tonner" böyük desant gəmisi, raketə sahib olan hərbi gəmilər və atom sualtı qayıqları da iştirak edəcək. 
Təlimdə həm də Hərbi Hava qüvvələri və ordu bölmələri iştirak edəcək. Təlimdə iştirak edən hərbçilərin ümumi sayı 6,5 mindir, o cümlədən 4 mini dənizçidir.
Həmçinin, "POLARIS 21" təlimində ABŞ, İspaniya, Yunanıstan, İtaliya və Böyük Britaniyanın hərbi gəmilərinin iştirakı gözlənilir.

Ülviyyə, Hurriyyet.az