📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Rusiyanın "kölgə tankerini" cərimələdikdən sonra sərbəst buraxıb

2026-02-17 22:07:53

Fransa Rusiyanın

Fransa Rusiyanın "kölgə donanmasına" məxsus tankeri bir neçə milyon avro cərimələdikdən sonra sərbəst buraxıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzetinin məlumat yayıb.

Ötən ay Fransa qoşunları və müttəfiqləri İspaniyadan Mərakeşə gedən neft tankerini saxlayıb. Tanker Fos-sur-Merdə üç həftə qalıb.

Fransa xarici işlər naziri Jan-Noel Barron bildirib ki, neft tankeri bir neçə milyon avro ödədikdən sonra Fransa sularını tərk edib: "Avropa sanksiyalarından yayınmağın öz bədəli var. Rusiya artıq müharibəsini sahillərimizdə yerləşən "kölgə donanması" hesabına maliyyələşdirə bilməyəcək" .