📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa səfiri ARZUOLUNMAZ ŞƏXS ELAN EDİLDİ

2023-01-04 14:33:00

Fransa səfiri ARZUOLUNMAZ ŞƏXS ELAN EDİLDİ

Hurriyyet.az TRT Haber kanalınaHaHah istinadla  xəbər verir ki, Fransanın Vaqaduqudakı səfiri Lük Hallad Burkina-Fasoda arzuolunmaz şəxs elan edilib. Fransa XİN-ə Burkina-Faso hökumətindən onun geri çağrılaraq əvəz olunması ilə bağlı tələbnamə təqdim edilib. Bu arədə jurnalistlərə Fransa XİN təmsilçisi məlumat verib. Məktubda tələbin səbəbləri dəqiqləşdirilməyib.

Qeyd edək ki, Burkino-Fasoda bu yaxınlarda çevriliş baş verib. Hazırda dövləti müvəqqəti hökumət idarə edir.

Burkino-Faso XİN 2022-ci il dekabrın 23-də BMT-nin koordinatoru Barbara Manziyi də səbəb göstərmədən arzuolunmaz şəxs elan eləmiş və ölkəni dərhal tərk eləməsi göstərişi vermişdi.

2022-ci il dekabrın 22-də Burkino-Fasoda 2 nəfər Fransa vətəndaşı casusluq ittihamı ilə ölkədən qovulmuş, 2022-ciil dekabrın 4-də isə Fransanın “Fransa İnterneşnl” radiosunun ölkə ərazisində yayımı dayandırılmışdı.

Hürr Tərcüman