📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa səfiri Nigeri tərk etdi

2023-09-27 12:40:59

Fransa səfiri Nigeri tərk etdi

Hurriyyet.az xəbər verir ki, Fransanın Nigerdəki səfiri Silven İtte çərşənbə günü səhər saatlarında paytaxt Niamey şəhərini tərk edib. Bu barədə “Əl Hədəs” telekanalı yerli mənbələrə istinadla xəbər verib.

Kanalın məlumatına görə, səfir Parisə yola düşüb. Fransa rəsmiləri hələlik xəbəri təsdiqləməyiblər.

Xatırladaq ki, Nigerdə hakimiyyətə gəlmiş çevrilişçilər dəfələrlə Fransadan öz səfirini və hərbçilərini ölkədən çıxarmağı tələb ediblər.

Hürr Tərcüman