Fransa səfiri qovulsa da Nigerdən çıxmır – güclə çıxarılacağı barəsində xəbərdarlıq edildi
Hurriyyet.az xəbər verir ki, Nigerdəki Fransa səfirliyinin qarşısında keçirilən kütləvi mitinqin iştirakçıları Fransa səfirinin yaxın saatlarda ölkəni tərk eləməyəcəyi təqdirdə diplomatik missiyanın binasını hücumla alacaqlarını bildirirlər. Bu barədə məlumatı hadisə yerindən reportaj hazırlayan “Al Hadath” telekanalı yayıb. Xəbərdə bildirilir ki, Niger hərbçilərinin və polisinin gözü qarşısında nümayişçilər səfirlik ətrafında dəmirdən hasar çəkiblər. Kanal nümayişçilərin sayının əvvəlki günlərə nisbətən xeyli artdığını, Fransa əleyhinə şüarlar səsləndirdiklərini bildirib.
Nigerdə hakimiyyəti ələ keçirmiş Vətənin Xilası Milli Şurası sentyabrın 1-də bir daha müraciət edərək, Fransanın Niameyadakı səfiri Silven İttedən ölkə ərazisini tərk eləməyi tələb ediblər. Diplomata yenidən 48 saatlıq möhlət verilib. Şura bildirib ki, səfirlə həyat yoldaşı hazırda Nigerdə qanunsuz olaraq qalırlar.
Bundan əvvəl avqustun 25-də Şura Fransa səfirindən Nigeri tərk eləməyi tələb eləsə də, diplomat tələbə və XİN-ə çağrılmasına məhəl qoymamış və yeni hakimiyyətin təmsilçiləri ilə görüşməkdən imtina eləmişdi.
Hürr Tərcüman .