📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa səfiri RF XİN-ə çağırıldı - "Fransız muzdlular rus ordusuna qarşı döyüşüb" iddiası

2024-01-19 16:23:46

Fransa səfiri RF XİN-ə çağırıldı -

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fransanın Moskvadakı səfiri Pyer Levi RF Silahlı Qüvvələri tərəfindən Xarkovda fransız muzdlularının zərərsizləşdirilməsi məsələsi ilə bağlı Rusiya XİN-ə çağırılıb.
Rusiya tərəfinin açıqlamasına görə, Xarkovda 60 nəfər fransız muzdlu Rusiya hərbçiləri tərəfindən yüksək dəqiqlikli zərbə ilə zərərsizləşdirilib. Fransa öz vətəndaşlarının Ukrayna tərəfində muzdla vuruşduğu iddiasını rəsmən təsdiqləməyib.
Hürr Tərcüman