📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

2024-01-18 20:48:57

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Xarkovda fransız muzdlularının dislokasiya məntəqəsinin vurulmasından sonra Fransa səfiri Rusiya XİN-ə çağırılıb.

Qeyd edək ki, Rusiya ordusu Xarkovda yerləşən fransız muzdlularından ibarət qruplaşmanın yerləşdiyi müvəqqəti dislokasiya məntəqəsini vurub. Nəticədə çoxlu sayda fransız, o cümlədən digər ölkələrdən olan əcnəbi muzdlular ölüb. \\APA