📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa səfirinə Nigeri tərk etmək üçün 48 saat vaxt verilib

2023-08-25 23:26:33

Fransa səfirinə Nigeri tərk etmək üçün 48 saat vaxt verilib

Niger Xarici İşlər Nazirliyi Fransa səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

Bu barədə Niger XİN bəyanat yayıb.

Fransa diplomatının ölkədən çıxarılmasının səbəbi isə onun Niger XİN rəhbəri ilə görüşə dəvətdən imtina etməsi ilə bağlıdır.

Xatırladaq ki, Nigerdə iyul ayında çeviriliş olub, hərbi xunta hakimiyyətə gəlib.\\APA