📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Senatı Qolodomoru tanıyıb

2023-05-18 00:11:00

Fransa Senatı Qolodomoru tanıyıb

Fransa Senatı səs çoxluğu ilə Ukraynada 1932-1933-cü illərdəki soyqırımı tanıyan qətnamə qəbul edib.

Bu barədə Fransa parlamentinin yuxarı palatasının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

“Biz Fransa hökumətini 1932-1933-cü illərdə sovet hakimiyyəti tərəfindən milyonlarla ukraynalının aclıq, deportasiyası və məhvini soyqırımı kimi tanımağa çağırırıq”, - qətnamədə bildirilir.

2022-ci ilin dekabrında Avropa Parlamenti Ukraynada 1932-1933-cü illərdə baş vermiş aclığı soyqırım kimi tanıyıb. Qətnaməni 507 deputat dəstəkləyib \\Report.Az