📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fransa Senatının üzvü "Qarabağ Azərbaycandır" dedi" - VÜQAR BAYRAMOV

2023-09-29 11:39:08

"Biz indi geri dönürük: tamamilə dağılmış kəndlərin və şəhərlərin yenidən qurulması və inkişafı üçün"

"Fransa Senatının üzvü Natali Qule mənim "X" sosial şəbəkəsindəki paylaşımıma şərh yazaraq "Qarabağ Azərbaycandır" dedi. Fransalı sentaor qeydində yazıb: "Mən o yeri tanıyıram. Vətənə xoş gəldiniz, Qarabağ Azərbaycandır!" Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili öz postunda Qarabağın işğal dövründən bəhs edərək, 1993-cü ildə kəndi Ermənistan tərəfindən işğal ediləndə 18 yaşı olduğunu qeyd edib: "Kiçik qardaşlarım və mən Bakının Dərnəgül qəsəbəsində yerləşən yataqxanaya sığındıq. Təkcə kəndimiz və Füzuli deyil, Qarabağda yerləşən 7 rayon 30 illik erməni işğalı zamanı tamamilə dağıdılıb xarabalığa çevrildi. 1989-1993-cü illərdə 1 milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Biz indi geri dönürük: tamamilə dağılmış kəndlərin və şəhərlərin yenidən qurulması və inkişafı üçün".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az