Fransa Seneqalı da tərk etməyə başlayır
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fransa özünün dəniz piyadaları bölmələrini Seneqaldan çıxarmağa başlayıb. "Seneweb" portalının yazdığına görə, bölmələrin tam çıxışının ən geci iyunun sonunda başa çatacağı gözlənilir. Bundan sonra Fransanın Seneqaldakı hərbçilərinin sayı azalaraq 260 nəfər olacaq. Hazırda Seneqalda 500 nəfər Fransa hərbçisi var.
Saytın yazdığına görə, Seneqalda qalacaq fransalı hərbçilər əsasən, təlimçilərdir - onlar Seneqal əsgərlərinə təlim keçməyə davam edəcəklər.
2022-ci ilin payızında Makron "Bəhran" əməliyyatının başa çatdığını elan edib. Əməliyyat 2014-cü ildən başlayaraq, Sahil zonasında davam edirdi. Makron bölgədə Fransanın hərbi varlığının saxlanılması ilə yanaşı, oradakı Fransa hərbi bazalarında mühüm islahatlar aparılacağını da bəyan etmişdi. Mali və Niger hakimiyyətlərinin tələbi ilə bu ölkələrin ərazilərindəki Fransa qüvvələri tamamilə çıxarılıb.
Hürr Tərcüman