📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa tarixində rekord – BƏƏ-yə 80 ədəd “Rafale” satışı razılaşması

2021-12-03 16:25:00

Fransa tarixində rekord – BƏƏ-yə 80 ədəd “Rafale” satışı razılaşması

80 təyyarə, 12 vertolyot

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Fransa 80 ədəd “Rafale” tipli qırıcının satılması ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri ilə müqavilə imzalayıb.

Yelisey sarayından verilən açıqlamada, BƏƏ-də səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayed Əl Nahyan ilə 80 ədəd “Rafale” markalı hərbi təyyarə və 12 vertolyotun satışı ilə bağlı müqavilə imzaladığı, bu sövdələşmənin iki ölkə arasındakı strateji tərəfdaşlığın nəticəsi olduğu bildirilir.

Təyyarələrin 2027-ci ildən etibarən təslim edilməyə başlanacağı bildirilir. Bu, Fransa tarixində rekord sayda hərbi təyyarə satışıdır.

Fransa bundan əvvəl Misirə 54, Qətərə 36, Hindistana 36 ədəd “Rafale” markalı hərbi təyyarə satıb.

 

Hürr Tərcüman